Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan Vikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 176.191 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 176.191 məqalə mövcuddur.
Yelena Radionova — Rusiyanı təmsil edən fiqurçu. Yelena Radionova 2015-ci ildə baş tutan Dünya Çempionatının bürünc, 2015 və 2016-cı illərdə baş tutan Avropa Çempionatlarının isə gümüş medallarına sahib olub. Radionova həmdə ISU Qran-Pri Finallarında 2014–2015-ci illər mövsümündə gümüş, 2015–2016-cı illər mövsümündə isə bürünc medallar qazanıb. Karyerası ərzində 9 dəfə ISU Qran-Pri mərhələlərində podiumda olub; ISU ABŞ Qran-Prisi (2013-cü ildə bürünc, 2014-cü ildə qızıl), ISU Çin Qran-Prisi (2015 və 2017-ci illərdə bürünc, 2016-cı ildə qızıl), ISU Fransa Qran-Prisi (2014-cü ildə qızıl), ISU Rusiya Qran-Prisi (2015-ci ildə qızıl, 2016-cı ildə gümüş), ISU Yaponiya Qran-Prisi (2013-cü ildə gümüş).
Yelena Radionova həmdə 2013-cü ilin "Nebelhorn Trophy", 2017-ci ilin "Shanghai Trophy" yarışlarının və 2017-ci ildə Qazaxıstanın ev sahibliyində baş tutan XXVIII Qış Universiada Oyunlarının qalibi olub. |
Tan ordusunda türklər — Tan sülaləsi ordusunun önəmli hissəsi Çin qaynaqlarında "Tujue" olaraq adlandırılan türk döyüşçülərdən ibarət idi. Şimali Çindəki Tan elit təbəqə üzvləri türk mədəniyyətinə aşina idi. Bu vəziyyət türk döyüşçülərinin Tan ordusuna qatılmasına mühüm təsir göstərmişdir. Tan imperatoru Li Şimin "Müqəddəs Xaqan" titulunu qəbul etmiş və dövlətini kosmopolit mədəniyyətin üzərində inşa etmişdi. Li, nizami hərbi kadrlar yaratmış və türk kökənli şəxslərin ordu daxilində yüksəlməsini dəstəkləmişdir. Türklərin bozqırlardakı təcrübəsi Tan imperiyasının qərb və şimal yönündə irəliləməsinə yardım etmişdir. Türk Aşina ailəsindən olan general Aşina Esen Tan ordusunun təşkil etdiyi Qaraxoca, Qaraşəhr və Kuça səfərinə qatılmışdır. Mələz türk general An Luşan Tan sülaləsinin zəifləməsinə səbəb olan An Luşan üsyanını başlatmışdır.
Göytürklər tərəfindən yazılan Orxon abidələrində Tan sülaləsində xidmət edən türklər tənqid edilmişdir və onlar Çin imperatorunun öz imperiyasını genişlətməsinə yardım etməkdə ittiham edilmişdirlər. Çinə tabe türk hərbçiləri Orta Asiyadakı Çin qarnizonlarına yerləşdirilmişdir. Bu vəziyyət əsasən Hind-Avropa dillərinin danışıldığı bu coğrafiyada türkcənin yayılmasını təmin etmişdir. |
Ağqoyunlu hökmdarlarının siyahısı — Ağqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Küveytə və şərqdə Pakistan və Əfqanıstandan, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur.
1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur. 1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. |

- Malidə "Barxan" əməliyyatı çərçivəsində xidmət aparan Fransa ordusunun bir neçə əsgəri minalanmış avtomobilin partladılması nəticəsində həlak olub.
- Dekabrın 29-dan etibarən Oman quru, hava və dəniz sərhədlərinin açılmasına qərar verib.
- Mərkəzi Afrika Respublikasında qiyamçıların hücumu nəticəsində Birləşmiş Millətlər Təşkilatının üç sülhməramlısı həlak olub, ikisi isə yaralanıb.
- "The Beatles" qrupunun qurucularından biri olan musiqiçi Pol Makkartni (şəkildə) "McCartney III" adlı yeni albomunu buraxıb.
- Böyük Britaniya ilə Avropa İttifaqı arasında gələcək ticarət və təhlükəsizlik əməkdaşlığına dair razılaşma imzalanıb.
- 1493 — Xristofor Kolumb gəmi karvanı ilə ilk dəfə Amerikadan Avropaya səfər etdi.
- 1804 — Gəncə xanı Cavad xan rus qoşunları ilə döyüşdə həlak oldu.
- 1847 — Samuel Kolt hazırladığı ilk revolveri ABŞ hökumətinə təqdim etdi.
- 1896 — Yuta ABŞ-ın 45-ci ştatı oldu.
- 1943 — "Taym" jurnalı İosif Stalini 1942-ci il üçün "İlin adamı" elan etdi.
- 1959 — SSRİ-nin "Luna-1" aparatı Ay ətrafına çatan ilk kosmik aparat oldu.
- 2010 — Birləşmiş Ərəb Əmirliklərində inşa edilən və dünyanın ən böyük göydələni sayılan Bürc Xəlifənin rəsmi açılışı oldu.

- Fransanın simvolu sayılan Eyfel qülləsinin üzərinə 72 nəfər şəxsin adı yazılmışdır.
- İkinci dünya müharibəsinin əvvəlində heç bir hərbi əməliyyatın aparılmadığı 8 aylıq dövr Qəribə müharibə adlanır.
- 1941-1945-ci illər Böyük Vətən müharibəsində 600 mindən çox azərbaycanlı iştirak etmişdir.
- Brejnev və Georgi Jukov 4 dəfə Sovet İttifaqı Qəhrəmanı adı almışdır.
- Nobel mükafatı laureatı Robert Mandell tərəfindən yaradılmış Mandell-Fleminq modeli açıq iqtisadiyyatda monetar və fiskal siyasətinin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır.
- 1864 və 1870-ci illərdə baş vermiş Paraqvay müharibəsi zamanı Paraqvayın bütün infrastrukturu dağılır və o Latın Amerikasının ən geridə qalmış ölkəsinə çevrilir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad mətn kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi
Türkdilli Vikipediyalar